Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Yuri Merzlyakov: “Elmar Məmmədyarovla Edvard Nalbandyanın Afinada görüşü labüddür”
Bunu açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının Afinada dekabrın 1-2-də keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. “Biz, adətən ATƏT xarici işlər nazirləri Şurasının iclaslarında iştirak edirik. Bu onunla bağlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ATƏT tərəfindən həyata keçirilir”, deyə diplomat bildirib. Gələn həftə regiona gələcəklərini təsdiqləyən rusiyalı həmsədr səfərin dəqiq tarixi və marşrutunun hələlik tam razılaşdırılmadığını deyib. “Səfər zamanı prezidentlərə yeni görüş təklif edəcəksinizmi” sualının cavabında isə diplomat “Görüşlərimizin detallarını açıqlaya bilmərəm” söyləyib.
www.apa.az
Oxunub: 308 dəfə | Tarix: 31 Oktyabr 2009 | Kateqoriya: Xəbərlər