|
Oktyabrın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,87 dollar və ya 1,1% artaraq 1 barelə görə 79,55 dollar təşkil edib. Oktyabrın 27-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,66 dollar artaraq 77,92 dollar təşkil edib. Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ölkədə neft ehtiyatlarının kəskin azalması barədə məlumatları səbəb olub. Belə ki, İnstitutun hesabatına əsasən, ötən həftə ərzində xam neft ehtiyatları 3,85 mln. barel, benzin ehtiyatları 255 min barel, mazut və dizel yanacağı ehtiyatları isə 671 min barel azalıb.
www.xezerxeber.com
|