|
Avropa Birliyi üç Cənubi Qafqaz ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan) ilə tərəfdaşlığı bundan sonra da dərinləşdirmək və onlar arasında Şərq tərəfdaşlığı siyasəti çərçivəsində korperasiyaya yardım etmək niyyətindədir. Avropa Birliyi “üçlüy”ünün Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə Lüksemburqda keçirilmiş görüşünün yekunlarına dair kommunikedə belə deyilir. Avropa Birliyi vəd edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesinə siyasi və texniki dəstək verəcək. Qurum, Azərbaycan və Ermənistan arasındakı dialoqu alqışlayır və bəyan edir ki, bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir ayrılıqlarını məhdudlaşdıracaq. Avropa Birliyi Gürcüstandakı demokratik institutların inkişafına dəstəyini bundan sonra da davam etdirəcəyini bir daha təsdiqləyib. Qurum Gürcüstanın tiəhlükəsizliyi və sabitliyinin təmin olunması, münaqişənin müstəqillik prinsiplərinə hörmət, suverenlik, ərazi bütövlüyü əsasında, dinc və uzunmüddətli həllinin təmin olunması sahəsində öhdəliklərini də təkrarlayır.
www.anspress.com
|