Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Elmar Məmmədyarov Lüksemburqda həmsədrlərlə görüşüb
ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) bu gün Lüksemburqda Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüş keçiriblər. Öncə həmsədrlər Elmar Məmmədyarovla görüşüb. Ermənistanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Görüşlər zamanı həmçinin həmsədrlərin noyabr ayında Bakı və İrəvana səfər planları və ATƏT-in Nazirlər Şurasının 2009-cu ilin dekabrında keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrə hazırlıq barədə fikir mübadiləsi aparılıb. Ermənistan XİN-in məlumatına görə, Nalbandyanın Elmar Məmmədyarovla görüşü planlaşdırılmır. Halbuki bir müddət öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Lüksemburqda görüşəcəklərinə dair bəyanat yaymışdılar.
www.anspress.com
Oxunub: 301 dəfə | Tarix: 27 Oktyabr 2009 | Kateqoriya: Xəbərlər