Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Avstriya XİN: “Cənubi Qafqazdakı münaqişələrin sürətli siyasi həlli yoxdur”
“Cənubi Qafqazdakı münaqişələrin sürətli siyasi həlli yoxdur”. Bunu Avstriyanın xarici işlər naziri Mikael Spindelegger Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərsivəsində Azərbaycan, Gürcüstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşündə bildirib. Həmkarlarını realist olmağa çağıran avstriyalı nazir “bizə Qafqazda yeni müqavilə lazımdır” deyib. “Bu gün Avropa Birliyi bütün bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsinə töhvə verməklə Gürcüstanda müşahidə missiyası həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Amma biz realist olmalıyıq-nə Gürcüstanda, nə də Dağlıq Qarabağda sürətli siyasi həll yoxdur. Ona görə də Avropanın bu bölgədə iştirakına ehtiyac var. Avropa öz yaxın qonşularından üz çevirməməlidir və bunu etməyəcək”.
www.anspress.com
Oxunub: 302 dəfə | Tarix: 26 Sentyabr 2009 | Kateqoriya: Xəbərlər