Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır - İsveçrənin xarici işlər naziri
Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır, bu barədə İsveçrənin xarici işlər naziri Mişlen Kalmi-Rey Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Nyu-Yorkda görüşü zamanı bildirib. Azərbaycanın xarici siyasət idarəsinin başçısı həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə məlumatlandırıb və qeyd edib ki, bu problem həll olmadan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil, bu barədə respublikanın XİN-dən bildirilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq və onun perspektivlərini müzakirə ediblər. Xarici işlər nazirlərinin görüşü BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.
www.trend.az
Oxunub: 307 dəfə | Tarix: 25 Sentyabr 2009 | Kateqoriya: Xəbərlər