|
İran prezidenti Mahmud Əhmədinejat BMT Baş Assambleyasındakı ümumi siyasi müzakirələrdə çıxış edib. O, BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünün dünyada hakim mövqe tutmasının qəbuledilməz olduğunu bildirib: “Qərarları demokratik üsullardan istifadə etməklə bütün millət və dövlətlərin rəyini ifadə etməli olan BMT və Təhlükəsizlik Şurası bir neçə hökumətin təsiri altındadır. BMT və Təhlükəsizlik Şurası həmin ölkələrin maraqlarına xidmət edir”. Mahmud Əhmədinejat bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ ləğv edilməlidir. Onun fikrincə, BMT-dəki islahatların hədəflərindən biri Təhlükəsizlik Şurasının strukturundakı islahatlar, xüsusilə, veto kimi diskriminisiya üstünlüyünün ləğvi olmalıdır. Xatırladaq ki, bir neçə saat əvvəl BMT Baş Assambleyasının tribunasından eyni təklifi Liviya lideri Müəmmər Qəddafi də səsləndirmişdi.
www.anspress.com
|