Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Moldovanın yeni parlamenti bu gün öz işinə başlayacaq
Moldovanın yeni parlamenti bu gün öz işinə başlayacaq. İlk iclasda parlament rəhbərliyinin formalaşdırılması prosesinə start veriləcəyi gözlənilir. Bunun ardınca isə deputatlar ölkə prezidentini və baş naziri seçməlidirlər. Qeyd edək ki, iyulun 29-da keçirilmiş seçkilərdə hakim Kommunist Partiyası parlamentdəki çoxluğu əldən verib. Dörd müxalifət partiyası isə “Avropaya inteqrasiya uğrunda Alyans” koalisiyasını yaradıb. Lakin müxalifət liderlərinin yeni spiker və baş nazirin namizədliyi məsələsində razılığa gəlib-gəlmədiyi hələlik məlum deyil. Bundan başqa, Moldova prezidentinin seçkisində də müxalifət kommunist deputatlardan bir hissəsini öz tərəfinə çəkməyi bacarmalıdır. /anspress.com/
Oxunub: 379 dəfə | Tarix: 28 Avqust 2009 | Kateqoriya: Xəbərlər