Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Dünyanın atmosferi süni ağaclarla təmizlənəcək
Qlobal istiləşmənin qarşısını almağa çalışan alimlər bu yolda yeni bir addım atıblar. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki bu, havanı təmizləmək üçün nəzərdə tutulan süni ağaclardır. Bu ağacların dekorativ süni ağaclara heç bir bənzərliyi yoxdur. İngilis araşdırmaçıları tərəfindən hazırlanan bu cihazlarla 20 avtomobilin atmosferə buraxdığı karbonu təmizləmək mümkündür. Cihaz havadan udduğu karbonu suya çevirərək, onu torpağın altına ötürəcək. Alimlərin fikrincə,bu cihazların quraşdırılması üçün ən uyğun yer istifadə olunmayan neft quyularıdır. Süni ağaclardan hər birinin dəyəri 20 min dollara yaxındır. Alimlər bu məbləğə dəyərində təbii ağac əkilməsini təklif edənlərə bu cihazların atmosferi karbondan təmizləməkdə ağaclardan bir neçə min qat daha təsirli olduğunu bildirib. Onlar həmçinin bunun dünyaya sadəcə vaxt qazandıracaq bir metod olduğunu, bunun yerinə qismən az karbon buraxan sistemlərin inkişaf etdirilməsinin daha təsirli olacağını vurğulayıblar. /anspress.com/
Oxunub: 345 dəfə | Tarix: 28 Avqust 2009 | Kateqoriya: Xəbərlər