Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ-ın xüsusi səfiri Bakıda enerji məsələlərini müzakirə edəcək
ABŞ-ın Enerji məsələləri üzrə xüsusi səfiri Riçard Morninqstar cümə axşamı Bakıda neft və qazın regiondan Avropa və dünya bazarlarına nəqli difersifikasiyasının inkişafi sahəsində ABŞ-ın Azərbaycana dəstəyi məsələsini müzakirə etmək niyyətindədir. Bu barədə Trend News-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Morninqstar birgünlük səfəri zamanı Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri və özəl sektorun nümayəndələri ilə görüşməyi planlaşdırır.
Regiona səfəri çərçivəsində o, Qazaxıstanda da səfərdə olub.
ABŞ-ın dövlət katibi bu ilin yazında Morninqstarı enerji ehtiyatlarının inkişafı və nəqli məsələləri üzrə xüsusi səfir təyin edib.
/trend.az/
Oxunub: 378 dəfə | Tarix: 28 Avqust 2009 | Kateqoriya: Xəbərlər