Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Xəzəryanı dövlətlərin sammitinin ilkin tarixi müəyyən edilib
Qazaxıstan, Rusiya, Azərbaycan və Türkmənistan rəhbərləri Aktauda Xəzərin statusunu müzakirə edəcəklər.

İlkin məlumata görə, görüş sentyabrın 13-də keçiriləcək. Bu barədə Trend News-a Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Dörd Xəzəryanı dövlət başçılarının qeyri-formal görüşünün keçirilməsi barədə razılıq Qazaxıstan və Rusiya prezidentləri Nursultan Nazarbayevlə Dmitri Medvedyevin çərşənbə axşamı baş tutan telefon danışığı zamanı əldə olunub.

"Söhbət zamanı Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin qeyri-formal görüşünün keçirilməsi barədə razılığa gəlinib. Görüşdə dövlətlərarası əlaqələrin inkişafı və Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsi, o cümlədən Xəzər dənizinin statusuna dair danışıqların gedişi məsələləri müzakirə olunacaq", - QR Prezidentinin mətbuat xidmətinin bir müddət əvvəl yayılan məlumatında deyilir.

Xəzərin statusu Sovet İttifaqı dönəmində 1921 və 1940-ci illər Sovet-İran razılaşmalarına əsaslanıb. Yeni hüquqi statusun yaradılmasına dair danışıqlar prosesi indiyədək davam etdirilir, bir sıra ölkələr arsında ikitərəfli müqavilələr bağlanıb. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə imzalanıb, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb. 29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də, Qazaxıstan, Azərbaycan və Rusiya arasında 14 may 2003-cü ildə Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb.

İran dənizin bərabər hissələrə bölünməsini təklif edir (hər ölkəyə 20%). Azərbaycan dənizin bölünməsinin bu prinsipindən imtina edib - bu variantda Azərbaycana məxsus Xəzər ərazisinin üçüncü hissəsi İranın tabeliliyinə keçir.

Sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Tehranda Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə konvensiyası imzalayıblar.

Xəzər dənizinin yeni hüquqi statusunun konvensiyaya uyğun tənzimlənməsi planlaşdırılır. Konvensiyanın mətni xüsusi işçı qrupun iclaslarında razılaşdırılıb.
/trend.az/
Oxunub: 271 dəfə | Tarix: 22 Avqust 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az