|
MDB Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar - may aylarında quruma üzv ölkələr arasında sənaye istehsalının artımı yeganə olaraq Azərbaycanda müşahidə edilib. Bu göstərici 1,3 faizə bərabərdir. Sənaye istehsalı digər ölkələrdə isə xeyli aşağı düşüb. Bu göstərici Ukraynada - 31,9, Moldovada - 25,3, Qırğızıstanda - 20,2 faizə bərabərdir. Rusiya isə 15,4 faiz göstərici ilə bu siyahıda 4-cüdür. Ermənistanda sənaye istehsalı 10,5 faiz aşağı düşüb. /hefte-ici.az/
|