Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
İsrail prezidenti Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətində səylərini yüksək qiymətləndirib
Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevin İsrail prezidenti Şimon Pereslə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatındandır. Danışıqlarda iqtisadiyyatın inkişafına dair məsələlərin də müzakirə olunduğunu qeyd edən dövlət başçısı iki ölkə arasında birgə ticarət dövriyyəsinin həcminin artmaqda olduğunu, bu rəqəmin ötən il 3,6 milyard dollara çatdığını söyləyib.
Prezident kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlərin olduğunu bildirib, ölkələrimizin bu sahələrdəki nailiyyətlərindən danışıb, müsbət meylin gələcəkdə inkişaf etdirməyin planlaşdırıldığını söyləyib.
Ölkələrimiz arasında enerji sektorundakı əlaqələrə toxunan dövlət başçısı bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib. O, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib.
Prezident İ. Əliyev yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşadığını vurğulayıb: “Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar, əslində, İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər”.
İ. Əliyev danışıqlarda regional məsələləri, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdiklərini deyib: “Mən cənab prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsuslar olsun ki, atəşkəsin əldə edilməsindən 15 ildən çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir”.
Dövlət başçısı səfər zamanı qəbul ediləcək qərarların və əldə olunacaq razılaşmaların ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağını əminliyini ifadə edib.
İsrail prezidenti Ş. Peres isə bəyanatında Azərbaycana vurğun olduğunu bildirib. O, ölkələrimiz arasında oxşarlıqların mövcudluğunu diqqətə çatdırıb: “Ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir”.
İsrail dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına da münasibət bildirib: “İşğala baxmayaraq, Siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri məcburi köçkündür və Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz”.
Ş. Peres iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanda yüksək tolerantlıq mühitinin olduğunu qeyd edib.
İsrail Prezidenti Azərbaycan yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığını bildirib: “Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək, İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar. Bu səfərə biz böyük nümayəndə heyəti ilə gəlmişik. Onun tərkibində 3 nazir var. Bundan əlavə, Azərbaycana 50-yə yaxın nüfuzlu iş adamı da gəlib. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq”.
Ş. Peres Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini də yüksək qiymətləndirib.

www.apa.az
Oxunub: 305 dəfə | Tarix: 29 Iyun 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az