|
Bu gün Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfərə gəlir. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, səfər zamanı iki ölkə arasında ticari-iqtisadi, yanacaq-energetika sahəsində əlaqələr müzakirə olunacaq. Kremldəki mənbə, agentliyə bildirib ki, Dmitri Medvedev və İoham Əliyev arasında danışıqlarda əsas diqqət ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən, qlobal maliyyə böhranı şəraitində effektli qarşılıqlı əlaqədər olacaq. Onun sözlərinə görə, 2008-ci ildə ölkələrimiz arasında mal dövriyyəsi 2,4 milyard dollar olub. 2009-cu ilin ilk rübündə isə bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 16,9 faiz azalıb. Kreml nümayəndəsi iki ölkə arasında qarşılıqlı əlaqələrin əsas sahələrindən birinin yanacaq-energetika kompleksi olduğunu bildirib. Onun sözlərinə görə, Dmitri Medvedevin səfəri zamanı qaz sahəsində konkret layihələr və perspektivlər müzakirə ediləcək. Bundan başqa, regionlararası əlaqələr və mədəniyyət-humanitar əməkdaşlığın inkişafı da diqqət mərkəzində olacaq: “Təkcə bu il bir sıra əlamətdar hadisələr baş verib. Lomonosov adına Moskva Dövlət Universtitetinin Bakı filialı açılıb, Yekaturinburq Opera və Balet Teatrında “Məhəbbət və ölüm” Azərbaycan baleti səhnəyə qoyulub. Dmitri Medevedevin səfəri ilə eyni günda Rusiyada Azərbaycan mədəniyyə günləri başlayacaq”. Kremldəki mənbə onu da bildirib ki, Dmitri Medvedev və İlham Əliyev arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yolları müzakirə olunacaq. Bundan başqa, gündəlikdə Bakıda keçiriləcək üçüncü Xəzər sammiti kontekstində Xəzər mövzusu da var.
www.anspress.com
|