Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ATƏT PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASI İŞİNƏ BAŞLAYIR
Litvanın paytaxtı Vilnüsdə ATƏT Parlament Assambleyasının 18-ci yay sessiyası başlayır. 4 gün davam edəcək sessiyanın əsas müzakirə mövzusu ərzaq təhlükəsizliyi və iqtisadi böhrandır. ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib ki, gündəlikdəki məsələlər Dağlıq Qarabağ problemi ətrafında müzakirəni qaçılmaz edəcək. İqtisadi Komitədə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsi bir daha qaldırılacaq. “ATƏT regionunda təhlükəsizlik” mövzusunun müzakirəsində də işğal olunan Azərbaycan ərazilərinin yandırılması, burada zəhərli kimyəvi maddələrin basdırılması, Ermənistanın ətraf mühitə vurduğu ziyan məsələsi müzakirəyə çıxarılacaq.
www.itv.az
Oxunub: 332 dəfə | Tarix: 29 Iyun 2009 | Kateqoriya: Xəbərlər