Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan qazın ixracına dair Rusiya ilə saziş imzalayacaq
A.Millerin sözlərinə görə, işgüzar xarakter daşıyan dövlət başçısının Bakıya səfəri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə təşkil olunur. İmzalanacaq saziş isə ilk növbədə Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağından hasil olunan təbii qazın Rusiya tərəfindən alınmasını nəzərdə tutur. «Hələlik söhbət nisbətən kiçik qaz həcmlərindən gedir. Lakin gələcəkdə alınan qazın həcmini artırmaq olardı», - deyə «Qazprom» başçısı vurğulayıb. Xatırladaq ki, Azərbaycan iki il öncə Rusiyadan təbii qazın idxalını dayandırıb və sonradan hətta qaz ixrac etmək təklifi ilə rəsmi Moskvaya müraciət edib.
www.apa.az
Oxunub: 256 dəfə | Tarix: 27 Iyun 2009 | Kateqoriya: Xəbərlər