|
Avropa Şurası Parlament Assambleyası Ermənistanla bağlı qətnamə qəbul edib. Bu barədə “Armtoday” saytı xəbər verib. Yeni sənədə görə, Ermənistan Assambleyanın monitorinqi altında qalmaqda davam edəcək. Bu isə o deməkdir ki, AŞPA 2008-ci il mart hadisələri ilə bağlı cinayət işi və onun inkişafını izəməkdə davam edəcək.
Bundan başqa, qətnamədə 31 iyula qədər hüquq-mühafizə orqanlarına təslim olan mühacirətdə olan insanlara amnistiya tətbiq etmək təklif edilib. Belə ki, qətnaməyə görə onlar məhkəmə prosesindən sonra əfv edilməlidirlər. AŞPA-nın qətnaməsi müxalifəti və hakimiyyəti ölkədə "siyası vəziyyətin yaxılaşması üçün” dialoqa çağırır.
İclasda iştirak edən 41 deputatdan 31-i sənədin "lehinə", 2-si isə "əleyhinə" səs veriblər. İki nəfər isə səs verməyib.
Səsverməyə qədər monitorinq komissiyasının üzvü Marietta de Purbe-Lende çıxış edib. O, bəzi faktlara diqqət çəkib. Əsasən 2008-ci il prezident sekisində müşahidəçi kimi iştirak edərkən çoxsayda qanun pozuntlarının qeydə alındığını bildirib. Marietta de Purbe-Lendeseçkinin nəticələri ilə bağlı ilkin hesabatın çox yumşaq olduğundan təəssüfləndiyini bildirib. Bundan baqşa o, heç bir hüquq mühafizə orqanının mart hadisələri zamanı 10 nəfərin ölümünə görə məsuliyyətə cəlb edilmədiyini də nəzərə çatdırıb. “Amistiyanın AŞPA-nın yay sessiyası zamanı elan edilməsi də şübhə doğurmaya bilməz. Ermənistan hakimiyyəit sübut etdi ki, ölkədə demokratik islahatlar yalnız AŞPA-nın təzyiqi ilə baş verir”, deyə monitqorinq komissiyasının üzvü qeyd edib. /ANS PRESS/
|