Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Terri Devis Moskvanı Gürcüstanın daxili işlərinə qarışmamağa çağırıb
Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu günki plenar iclasında Ermənistandakı daxili siyasi vəziyyət müzakirə olunacaq.
Qurumun baş katibi Terri Devis keçirdiyi mətbuat konfransında Ermənistandakı məlum mart hadisələrindən sonra görülən işlərin lazımi səviyyədə olmadığını və bir sıra məsələlərin hələ də həllini tapmadığını bəyan edib.
Avropa Şurası rəsmisi Gürcüstandakı hadisələrə də münasibət bildirib və deyib ki, yalnız gürcü xalqı öz prezidentinin kim olacağını müəyyən etməlidir.
«Mən tez-tez eşidirəm ki, Rusiya Gürcüstanda başqa bir rəhbərliyin olmasını istəyir. Bu, düzgün deyil. Gürcüstanda kimin prezident olub-olmadığını Moskva müəyyən etmir. Gürcü müxalifətinə gəldikdə isə onların mübarizəsi sağlam bir şəraitdə gedir. Lakin Nino Burcanadze istisna olmaqla müxalifətin böyük bir hissəsi Gürcüstan hakimiyyəti ilə dialoq aparmağa razılıq verib. Dialoqdan imtina etmək düzgün deyil»,- deyə Terri Devis vurğulayıb.
www.anspress.com
Oxunub: 246 dəfə | Tarix: 24 Iyun 2009 | Kateqoriya: Xəbərlər