Bu gün Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Avroatlantika Tərəfdaşlığı Şurasının təhlükəsizlik məsələlərinə dair 3-cü forumda “Tərəfdaşlıq vasitəsi ilə təhlükəsizlik” məsələsi əsas müzakirə mövzusu olacaq. NATO-nun üzvü və tərəfdaşı olan ölkələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirə qurumun baş katibi Yaap de Hoop Sxeffer sədrlik edəcək. Astanada Avroatlantika Tərəfdaşlığı Şurasının iclası ilə yanaşı, NATO Parlament Assambleyasının 71-ci Rouz Rout seminarı da keçiriləcək. Bu barədə məlumat verən Qazaxıstanın Azərbaycandakı səfiri Serik Pirimbetov müzakirə olunacaq məsələləri də açıqlayıb.
www.itv.az
Oxunub: 250 dəfə | Tarix: 24 Iyun 2009 | Kateqoriya: Xəbərlər