Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Milli Məclisdə QHT-lərlə bağlı qanunun müzakirəsi dayandırıldı
Bu barədə Ombudsman məlumat verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndələrini qəbul edib. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb.

Müvəkkil Azərbaycan Ombudsman təsisatının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində MİHT Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən Avropanın 11 nüfuzlu ombudsman institutu sırasında “A statusu” ilə akkreditasiya olunduğunu, bu statusun təsisata BMT-nin Saziş qurumlarına, eləcə də İHŞ-ya hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, alternativ hesabatlar hazırlamaq səlahiyyətləri verdiyini qeyd edib. O, bu səlahiyyətlərdən istifadə edərək öz hesabatını və təkliflərini təqdim etdiyini vurğulayıb.

Müvəkkil və əməkdaşlarının İHŞ-nın sessiyalarında UDİ üzrə Azərbaycanla bağlı hesabatın dinlənilməsi prosesində İnsan hüquqları üzrə milli təsisat qismində iştirak etməsi barədə ətraflı məlumat vermiş, Azərbaycanın təqdim etdiyi hesabatın bütövlükdə uğurlu hesab edildiyi, çıxışçılardan hər birinin ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatları müsbət qiymətləndirdiyi vurğulanıb. Sessiyada iştirak edən dövlətlərin nümayəndələrinin çıxışlarında müsbət təcrübə kimi Azərbaycan Ombudsman təsisatının yaranması və fəaliyyətini, həmçinin ölkəmizdə həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) qəbul olunmasını dəyərləndirdiyi, eyni zamanda tövsiyələrini bildirdiyi, bu günlərdə keçirilmiş BMT İHŞ-nın XI sessiya çərçivəsində Azərbaycan hökumətinin məruzəsinə dair Yekun sənədin qəbul olunduğu nəzərə çatdırılıb.

E.Süleymanova Azərbaycanda media nümayəndələrinin, o cümlədən məhkum jurnalistlərin hüquqlarının təmin olunması vəziyyəti barədə qonaqların sualını cavablandıraraq, bu hüquqların da müdafiəsinin Müvəkkilin diqqətində olduğunu vurğulayıb. Bununla əlaqədar monitorinqlər keçirildiyini, Ombudsmanın və əməkdaşlarının məhkum jurnalistlərlə dəfələrlə görüşdüyünü, aidiyyatı orqanlara müraciətlər olunduğunu nəzərə çatdırıb.

Ombudsman qonaqların ölkə parlamentində müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklərlə bağlı suallarını da cavablandırıb. Müvəkkil dövlət tərəfindən vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm hüquqi islahatlar həyata keçirildiyini, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbul edildiyini, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradıldığını, dövlət tərəfindən QHT-lərə maliyyə yardımı ayrıldığını bildirib. E.Süleymanova adı çəkilən qanuna nəzərdə tutulmuş dəyişikliklərlə əlaqədar yaranmış problemin həllində kömək göstərilməsi ilə bağlı QHT-lər, o cümlədən Milli QHT Forumu üzvləri tərəfindən ona müraciət olunduğunu qeyd edib.

Ölkəmizin ratifikasiya etdiyi Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, İnsan Hüquq və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri, eyni zamanda dövlətimizin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti nəzərə alaraq, Müvəkkil QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq həmin qanun layihəsinin müzakirəsinin dayandırılması və ya payız sessiyasına qədər təxirə salınması ilə bağlı Milli Məclisə müraciət edib, qanun layihəsinin müzakirəsi dayandırılıb.

COEST nümayəndələrinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə məsul təmsilçisi və digər iştirakçılar Ombudsmana insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti ilə bağlı dolğun və əhatəli təqdimatına görə İşçi Qrupu adından təşəkkürünü bildirib.

Qeyd edək ki, bu İşçi Qrupu Avropa Birliyinə üzv ölkələrin həmin nüfuzlu qurum yanında Daimi Nümayəndəliklərinin diplomatlarından ibarət olan bir təsisatdır. Qrup heyətinin tərkibinə Çexiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Finlandiya, İrlandiya, Rumıniya, Belçika, Danimarka, Slovakiya, Litva, Estoniya və digər ölkələrin nümayəndələri daxildir.
Oxunub: 221 dəfə | Tarix: 23 Iyun 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az