Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Bir sıra ABŞ QHT-nin ABŞ-dakı Azərbaycan səfirinə müraciəti
Bir sıra nüfuzlu ABŞ QHT təşkilatı Azərbaycanda QHT-lərə dair qanuna düzəlişlərlə əlaqədar Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə narazılıq bildiriblər. İREX, Milli Demokrtatiya İnstitutu, Avrasiya Beynəlxalq Respublikaçı İnstitutu, Milli Demokratiyada İştirak, Freedom House və Açıq Cəmiyyət Siyasət Mərkəzinin müraciətində Milli Məclisdə müzakirə edilən düzəlişlərin on il ərzində vətəndaş cəmiyyətinin qurulması istiqamətində əldə olunmuş nailiyyətlərə zərbə olacağı barədə xəbərdarlıq ediblər.
ABŞ QHT-ləri bu düzəlişlərin Azərbaycana xarici və beynəlxalq təşkilatlar tərəfindən edilən yardımın kəsiləcəyindən narahatdırlar.
Düzəlişlərin ictimaiyyət arasında dərin müzakirələr aparılmadan qəbul edilməsini QHT-lər səhv addım hesab edirlər.
Nüfuzlu ABŞ QHT-ləri düzəlişlərin "fundamental demokratik prinsiplərə" zidd olduğunu qeyd edirlər.
www.bbcnews.com
Oxunub: 254 dəfə | Tarix: 22 Iyun 2009 | Kateqoriya: Xəbərlər