Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
QHT qanununa düzəlişlərin müzakirəsi təxirə salınıb
Azərbaycanda üçüncü sektor təmsilçilərinin etirazlarına rəğmən Milli Məclisin bugünkü iclasına çıxarılan "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında" qanununa dəyişikliklər və əlavələrə dair müzakirələr təxirə salınıb. QHT-lər haqqında qanuna dəyişikliklər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Spiker Oqtay Əsədov bu məsələyə parlamentin növbəti iclasında baxılacağını bildirib.
Bu məsələ paramentin gündəliyində sonuncu olub.

Millət vəkili Pənah Hüseyn spikerdən "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanuna gözlənilən dəyişikliklər və əlavələri gündəlikdən çıxartmağı tələb etdi.

Millət vəkilləri Cəmil Həsənli və İqbal Ağazadənin onu dəstəkləməsinə baxmayaraq spiker Oqtay Əsədov qəti şəkildə qanunun müzakirəyə çıxarılmasının tərəfdarı olduğunu dedi.

"Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanuna gözlənilən dəyişikliklər və əlavələr barədə qanun layihəsi parlamentin gündəliyində 13-cü olduğundan onun müzakirəsi parlamentin sonuna 1 saat qalmış başlandı.

Qanun layihəsini parlamentin müzakirəsinə çıxaran Milli Məclisin Hüquq isiyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynov bildirdi ki, sənəddə insanların birləşmək və ifadə azadlığına zidd olan heç nə yoxdur.

Əli Hüseynov həmçinin dəyişikliklərin xarici hüquqi şəxslərin qeydiyyatını nəzərdə tutuduğunu və bunun Azərbaycanın dövlətçiliyi naminə edildiyini dedi.

Amma millət vəkili Qüdrət Həsənquliyev paralmentə təqdim olunan qanun layihəsini tənqid edərək parlamentarları tələskənliyə yol verməməyə çağırdı.

QHT-lərə yardım şurasının rəhbəri, millət vəkili Azay Quliyev isə nəzərdə tutulan dəyişikliklərin bəzilərinin lehinə, bəzilərinin isə əleyhinə oldu. Onun fikrincə, qeyri-hökuumət təşkilatlarının ölkənin 1/3-də filial açması və bunu dövlət reyestrinə salmaları real deyil.

Azay Quliyev həmçinin QHT-lərin əmlakının yalnız 50%-nin xarici donorlar tərəfindən maliyyələşdiriməsinin də əleyhinə çıxdı və bu maddəni tamam çıxartmağı təklif etdi. Millət vəkili QHT qeydiyyatı, pozuntular olarsa inzibati cəzalandırılma və digər məsələlərin lehinə çıxış etdi.

Çıxışa bir xeyli deputatın yazıldığını görən spiker Oqtay Əsədov müzakirələri növbəti iclasa kimi təxirə saldı.

www.bbcnews.com
Oxunub: 259 dəfə | Tarix: 22 Iyun 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az