Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
İran BBC müxbirini ölkədən çıxarır
Con Leynə İranı tərk etmək üçün 24 saat vaxt verilib.
Bununla bağlı yaydığı bəyanatda BBC İranın hakimiyyət qurumlarının bu qərarından təəssüfləndiyini bildirib. Eyni bəyanatda BBC bildirib ki, onun İranın paytaxtı Tehrandakı ofisi açıq qalır və fəaliəyyətini davam etdirəcək.
İran xarici dövlətlərin müdaxiləsi adlandırdığı hərəkətlərin pislənilməsi kampaniyasında Britaniya və BBC-ni xüsusilə qeyd edir.
Ötən həftə İranın Ali Dini rəhbəri Ayətolla Əli Xəmneyi Britaniyanı şər ölkəsi kimi səciyyələndirmişdi.
Sərhədsiz Reportyorlar qrupu deyir ki, seçkilərdən sonra etiraz dalğası başlayandan bəri İran hökuməti 23 yerli jurnalist və bloqqeri həbs edib.
www.bbcnews.com
Oxunub: 234 dəfə | Tarix: 22 Iyun 2009 | Kateqoriya: Xəbərlər