|
Beynəlxalq elmi-praktiki konfrans formatında keçiriləcək görüşə forumun təşkilat komitəsinin rəhbəri MDB Dinlərarası Şuranın həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edəcək. Tədbirdə MDB məkanında müsəlmanlar arasında qarışılıqlı fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, konfessiyalararası əlaqələrin və dövlət-konfessiya münasibətlərinin möhkəmləndirilməsi, islam dininə zidd təlimlərə və ekstermizm təzahürlərinə qarşı mübarizədə səylərin birləşdirilməsi, bioetik problemlərin həllində iştiraka dair məsələlər müzakirə ediləcək. Tədbirin keçirilməsinin təşəbbüskarı Qafqaz müsəlmanları Ali Dini Şurası və Beynəlxalq İslam missiyasıdır. Toplantıda MDB ölkələrinin dini liderləri, xarici ölkələrin dini təşkilatların rəhbərləri, İslam tədris müəssisələrinin rektorları iştirak edəcək.
|