“Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Bakı-Tiflis-Ceyhan boru kəmərinin səmərəliliyinə heç bir təsiri yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, kəmərin keçdiyi ölkələrə neftin 1 barelinə görə müəyyən olunmuş tranzit haqqı ödənilir: “Bu tranzit haqqının neftin qiyməti ilə heç bir bağlılığı yoxdur. Qiymətlərin aşağı düşməsinin kəmərin səmərəliliyinin də aşağı düşməsinə təsiri barədə deyilənlər doğru deyil”.
Nazir Türkiyə ilə təbii qazın alqı-satqısına dair danışıqların davam etdirildiyini də vurğulayıb. N. Əliyev danışıqlarda qazını mövcud bazar qiymətinə satılmasının prioritet təşkil etdiyini söyləyib.
www.apa.az
Oxunub: 287 dəfə | Tarix: 13 Iyun 2009 | Kateqoriya: Xəbərlər