Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ-ın “Minilliyin çağırışı” Korporasiyası Ermənistana maliyyə yardımını dayandırıb
Bakı - APA. ABŞ-ın “Minilliyin çağırışı” Korporasiyası Ermənistana maliyyə yardımını dayandırıb. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar Korporasiyanın Direktorlar Şurasının ABŞ dövlət katibi Hillari Klintonun sədrliyi ilə keçirilmiş iclasında qəbul edilib.

Direktorlar Şurasının bu qərarı Ermənistanda yalnız yolların tikintisinə ayrılan maliyyə vəsaitinə şamil olunur, irriqasiya sisteminə aid deyil.

Direktorlar Şurasının belə qərar qəbul etməsinin əsas səbəbi Ermənistan hökumətinin atdığı addımların “Minilliyin çağırışı” Korporasiyasının demokratik idarəetmə standartlarına uyğun gəlməməsidir. “Korporasiya təəssüflə bildirir ki, Ermənistan yolların tikintisini maliyyələşdirə bilməyəcək. Bu qərara görə Ermənistan hökuməti məsuliyyət daşıyır. Çünki Ermənistan hökumətinin fəaliyyəti onun bu proqramda iştirakına imkan verən tələblərlə üst-üstə düşmür”, - deyə Korporasiyanın baş icraçı direktoru Rodni Bent bildirib. R. Bent qərara yenidən baxılmasının gözlənilmədiyini də deyib.

Qeyd edək ki, ölkə lazımi tələblərə cavab vermədikdə Korporasiyanın maliyyə yardımını müvəqqəti və tam dayandırmaq hüququ var. Korporasiya üçün əsas tələblər mətbuat azadlığı, korrupsiyanın qarşısının alınması üçün idarəetmənin və hökumətin fəaliyyətinin şəffaflığı, demokratik xalq hakimiyyətidir.

Xatırladaq ki, “Minilliyin çağırışı” Korporasiyası ilə Ermənistan arasında müqavilə 2006-cı ildə imzalanıb. Müqaviləyə əsasən, Korporasiya Ermənistana 5 il ərzində 235,6 milyon dollar əvəzsiz maliyyə yardımı ayırmalıdır. Bunun 160 milyon dolları irriqasiya sistemi üçün nəzərdə tutulur.

Onu da əlavə edək ki, Azərbaycan bu proqramdan kənarda qalıb.

www.apa.az
Oxunub: 304 dəfə | Tarix: 12 Iyun 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az