Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Qonşu dövlətlərdə siyasi vəziyyət
Gürcüstan güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində Muxrovani hərbi bazasında qiyamın təşkilatçılarından biri öldürülüb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qiyamçıların tutulması əməliyyatı Tiflisdən 30 kilometr şimaldakı Tianetsk rayonunda həyata keçirilib.
Əməliyyat zamanı hərbi çevriliş ittihamı ilə axtarışda olan Qiya Krialaşvili öldürülüb. Bundan əlavə, qiyamın təşkilatçısı olmaqda ittiham edilən daha iki nəfər – Levan Amiradze və Koba Otanadze yaralanıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bir qrup hərbçi mayın 5-də Muxrovani hərbi bazasında qiyam qaldırmağa cəhd edib. Əvvəlcə hakimiyyətə tabe olmadıqlarını elan edən hərbçilər sonradan silahı yerə qoymağa razı olublar. Qiyamla bağlı 10 hərbçi və 13 mülki şəxs həbs olunub. Koba Otanadze, Levan Amiradze və Qiya Krialaşvili barəsində axtarış elan olunub. Onların yeri barədə məlumat üçün mükafat təyin edilib.
Oxunub: 322 dəfə | Tarix: 25 May 2009 | Kateqoriya: Xəbərlər