Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Nüvə təhlükəsi
BMT Təhlükəsizlik Şurası təcili iclasına toplaşıb
Şimali Koreya mayın 25-də nüvə sınağı keçirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya rəhbərliyi rəsmi bəyanatla çıxış edib. Rəsmi Pxenyan da uğurlu nüvə sınağının keçirildiyini bəyan edib.
Pxenyanın informasiyasında qeyd olunur ki, yeraltı sınaqlar uğurla başa çatıb. Amma sınağın məhz harada keçirildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, bir çox qonşu ölkələrin seysmoloji xidmətləri Şimali Koreya ərazisində 4,5 bal gücündə zəlzələ qeydə alıblar. B, ölkədə həqiqətən də yeraltı nüvə sınağının keçirildiyini təsdiq edir.
Artıq bir çox ölkələr Şimali Koreyanın nüvə sınağını pisləyən bəyanatla çıxış ediblər. BMT Təhlükəsizlik Şurası isə təcili iclas çağırıb.
Oxunub: 306 dəfə | Tarix: 25 May 2009 | Kateqoriya: Xəbərlər