Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Ross Uilson müsahibə
Ross Uilson: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların sona çatmasında Türkiyə-Ermənistan dialoqu ciddi rol oynaya bilər” - EKSKLÜZİV

Ross Uilson müsahibə “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı uzun illik danışıqların sona çatmasında Türkiyə-Ermənistan dialoqu ciddi rol oynaya bilər”.

Bu sözləri APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycanda və Türkiyədəki keçmiş səfiri Ross Uilson deyib. “Türkiyə tərəfi iddia edir ki, Ermənistanla danışıqlarda Azərbaycanın mövqeyini nəzərə alacaq. Lakin sərhədlərin açılmasının Azərbaycanın mənafeyinə zidd olduğu da şübhə doğurmur. Sizin bu məsələyə münasibətiniz necədir” sualının cavabında R. Uilson əsas məsələnin dünyanın gərgin olan bu hissəsində sülhü yaradacaq binanın kərpiclərinin qurulması olduğunu bildirib: “Nəticədə Türkiyə ilə Ermənistan arasında, bəlkə də Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşma əldə etmək olar. Mənə elə gəlir ki, Türkiyə ilə Ermənistanın danışıqları buna xidmət edə bilər. Lakin mən hesab etmirəm ki, bu məsələdə Azərbaycan rəhbərliyi və xalqına məsləhət verə bilərəm”.

Qafqazda və digər bölgələrdə münaqişələrin hərbi yolla həllinin olmadığını qeyd edən diplomat konflikti dalan adlandırıb: “Konfliktin həlli dialoq və əməkdaşlıqdır. Ona görə də hesab edirəm ki, Türkiyə düz yoldadır”.

Sonda sabiq səfir aprel ayında Ermənistanla Türkiyə arasında sərhədlərin açılması barədə onda məlumatın olmadığını deyib.

Qeyd edək ki, R. Uilson 2000-2003-ci illərdə ABŞ-ın Azərbaycanda, 2005-2008-ci illərdə isə Türkiyədə səfir olub.
APA
Oxunub: 407 dəfə | Tarix: 31 Mart 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az