“Euronews”: Barak Obamanın Ankaraya səfərindən sonra Türkiyə Ermənistanla sərhədləri aça bilər
“ABŞ prezidenti Barak Obamanın Türkiyəyə apreldə gerçəkləşəcək səfərindən sonra Ankara Ermənistanla sərhədləri aça bilər”. APA-nın məlumatına görə, bu barədə “Euronews” Avropa Birliyindəki yüksək vəzifəli bürokratlara istinadən məlumat yayıb.Brüsseldəki mənbələr Türkiyənin xarici işlər naziri Əli Babacanın apreldə Ermənistana səfər edəcəyini, Türkiyənin 24 aprel ərəfəsində Ermənistanla sərhədləri açması ehtimalının böyük olduğunu bildirir. Mənbə bu addımın Türkiyə-Avropa Birliyi münasibətlərinə müsbət təsir göstərəcəyini və Avropada pozitiv qarşılaşacağını vurğulayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da bu günlərdə erməni mətbuatına verdiyi açıqlamada Türkiyə ilə danışıqların məntiqi sonluqla nəticələnəcəyinə, bu danışıqların sərhədlərin açılması ilə yekunlaşacağına inandığını bildirib.
Brüssel-APA.