[/b]Azərbaycan Xəzər dənizində genişmiqyaslı təlimlər keçirəcək
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi bu ilin yay aylarında Xəzər dənizində növbəti genişmiqyaslı taktiki təlimlər keçirməyi planlaşdırır.APA-nın məlumatına görə, bu barədə Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev bildirib.
İ. Mehdiyev təlimlərin dəqiq vaxtını açıqlamayıb. Təlimlərin hər il keçirildiyini qeyd edən generalın sözlərinə görə, bu təlimlər Sahil Mühafizəsinin şəxsi heyətinin peşəkarlığının artmasında mühüm rol oynayır: “Bu gün Azərbaycanın dəniz sərhədlərinin mühafizəsində heç bir problem yoxdur, sərhədlərimiz etibarlı şəkildə qorunur».
General bu il Xəzər dənizində 2 yeni radiolokasiya stansiyasının qurulacağını, bununla da Xəzərin Azərbaycan sektoruna tam nəzarət imkanı əldə olunacağını bildirib.
Bakı. Rəşad Süleymanov – APA