Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
«Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə baza prinsiplərinin bəzi məqamları müzakirə olunub»
«Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə baza prinsiplərinin bəzi məqamları müzakirə olunub»

«Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə baza prinsiplərinin bəzi məqamları müzakirə olunub»Bunu İlham Əliyev ilə Serj Sarkisyanın görüşündən sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib
Sürixdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşündən sonra hər iki ölkənin xarici işlər nazirləri açıqlama ilə çıxış ediblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqların Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində aparıldığını bildirib. Oyun sözlərinə görə, hazırda hazırlanan və bundan əvvəl mövcüd olan prinsiplər müzakirə mövzusu olub. «Baza prinsiplərindən bəzi razılaşdırılmayan məsələlər var. Hər bir prezident qarşılıqlı anlayış şəklində öz fikrini bildirdi. Təbii ki, bu çətin prosesdir. Lakin irəliyə doğru addım atmaq lazımdı. Bundan başqa yol yoxdur».
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə danışıqların baza sənədləri əsasında aparıldığını qeyd edib. «Hər iki prezident danışıqların müntəzəm xarakter daşıması nöqteyi nəzərindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən dinamikliyin olduğunu qeyd etdilər. Görüşdən görüşə tərəflər bir-birlərini daha yaxşı başa düşürlər və çətinlikləri maneələri həll etməyə çalışırlar. Mən bircə onu qeyd etmək istəyirəm ki, indi söhbət münaqişənin nizama salınmasının prinsiplərinin işlənib hazırlanmasında gedir. Əsas prinsiplər qarşılıqlı razılaşdırıldıqdan sonra tərəflər baza sənədləri üzərində işləməyə başlayacaqlar».
Görüşdə iştirak edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza isə xarici işlər nazirlərinin müzakirəsini dinlədiyini və onların çox müsbət fikirlərinin olduğunu deyib. «Biz eşidirik ki, inkişaf var dinamiklik artıb. Bu müsbət elementdir».
«Əgər prezidentlər özləri bu görüşü müsbət qiymətləndiriblərsə, fikirləşməyin ki,biz onlardan fərqli fikir söyləyəcəyik». Bu açıqlamanı isə Fransadan olan həmsədr Bernar Fasye verib.
Qeyd edək ki,prezidentlər-İlham Əliyev və Serj Sarkisyanın əvvəlcə təkbətək görüşü olub. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib. Müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bu, İlham Əliyev və Serj Sarkisyanın sayca 3-cü görüşüdür. Bundan əvvəl isə hər iki ölkə prezidentləri Sankt-Peterburq və Moskva şəhərlərində görüşüb.
/ANS TV/
Oxunub: 375 dəfə | Tarix: 29 Yanvar 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az