Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 4,3 dəfə artırıb
Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 4,3 dəfə artırıb

Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 4,3 dəfə artırıbAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2008-ci il ərzində 4,3 dəfə artaraq cari ilin əvvəlinə 8 986,7 mln. manat (11 219,2 mln. ABŞ dolları) təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ş.Mövsümovun sözlərinə görə, ötən il ARDNF-in büdcə gəlirləri 11 864,7 mln. manat, xərcləri isə 4 291,8 mln. manat olub. Fondun büdcəsinin gəlirləri 17% artıqlaması ilə, xərc hissəsi isə 2% qənaətlə yerinə yetirilib.
Ötən il ərzində Fondun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 633,5 mln. manat, o cümlədən mənfəət neftinin satışından 11 527 mln. manat, akrhesabı ödənişlərdən 3,6 mln. manat, bonus ödənişlərindən 2,8 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,7 mln. manat, Bakı-Tiflis-Ceyhan (BTC) layihəsi üzrə dividendlərdən 97,2 mln. manat, tranzit haqlarından 0,2 mln. manat təşkil edib. ARDNF-in vəsaitlərin idarə olunmasından gəlirləri isə 231,2 mln. manat olub.
Xərclərdə isə 145 mln. manat məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 120,6 mln. manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, 211,8 mln. manat Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, 3 800 mln. manat dövlət büdcəsinə transfer, 5,3 mln. manat Bakı-Tiflis-Qars dəmir yolunun, 2,3 mln. manat Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 6,8 mln. manat olub.
Fond hesabat dövründə 26 mln. manat mənfəət vergisi ödəyib, həmçinin valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədən kənar xərcləri 652,6 mln. manat, vəsaitlərin idarə edilməsi üzrə orta çəkili gəlirlilik 3,79% təşkil edib.
Ş.Mövsümovun sözlərinə görə, ARDNF-in vəsaitlərinin 52,67%-i ABŞ dolları, 42,95%-i avro, 4,38%-i isə ingilis funt-sterlinqində saxlanılır.
«İnvestisia portfelinin tərkibi 93,79% qiymətli kağızlarda, 1,8% qısamüddətli kommersiya kağızları, 3,5% depozitlər və pul bazarı alətləri, 0,91% bank hesablarında yerləşdirilib», - deyə Ş.Mövsümov bildirib.
ARDNF-in saxladığı istiqrazların kredit reytinqi üzrə bölgüsünə gəlincə, AAA reytinqli kağızlar 89,19%, AA reytinqli 4,78%, A reytinqli 6,02% olub. Vəsaitlərin 33,41%-i 1 ilədək, 60,66%-i 1-3 il, 5,5%-i 3-5 il müddətinə yerləşdirilib.
Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS
Oxunub: 728 dəfə | Tarix: 29 Yanvar 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az