Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
“Nabucco” sammitinin Bəyannaməsi – TAM MƏTN
“Nabucco” sammitinin Bəyannaməsi – TAM MƏTN

“Nabucco” sammitinin Bəyannaməsi – TAM MƏTNMacarıstan paytaxtında keçirilən “Nabucco” sammitində Bəyannamə qəbul olunub.

APA-nın Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Bəyannaməni sammitə qatılmış bütün ölkələrin təmsilçiləri imzalayıblar. Bəyannamədə deyilir: “Biz, 27 yanvar 2009-cu il Budapeştdə keçirilən “Nabucco” Sammitinin iştirakçıları, bazar iqtisadiyyatının, şəffaflığın, etibarlılığın, azad rəqabətin və qarşılıqlı faydalılığın prinsiplərinə əsaslanan karbohidrogen mənbələrinin, bazarlarının və çatdırılma marşrutlarının şaxələndirilməsinə, o cümlədən bütün ölkələrin daxili bazarına təbii qazın rəqabətli qiymət və şərtlərlə arası kəsilməz və təhlükəsiz təchizatına böyük əhəmiyyət verərək,

Enerji istehlakçılarının, tədarükçülərin, tranzit ölkələrinin və enerji şirkətlərinin maraqlarının uyğunlaşdırılmasının maraqlı ölkələrin tərəqqisinə və iqtisadi inkişafına töhfə verəcək tam enerji təhlükəsizliyinin ilkin şərti hesab edərək,

Tranzit və istehlakçı ölkələrdə artan enerji təchizatı fonunda narahatlıqlar, əlavə enerji təchizatı proyektlərin mümkünlüyünü, hazırkı marşrutlar və təchizatlar vasitəsilə daşınmaların tamamlanmasını, Avropa İttifaqı-Mərkəzi Asiya Strategiyasını və Avropa Qonşuluq Siyasətini bu kontekstdə nəzərə alaraq, enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə Xəzəryanı ölkələr və Orta Şərq arasında münasibətləri yüksəltmək üçün vacib çərçivələr, Avropa İttifaqını, Türkiyə və Gürcüstanı Xəzər dənizi regionu və Orta Şərq ilə bağlayan yeni enerji dəhlizini yaratmağın vacibliyini anlayaraq,

“Nabucco”nu Xəzər dənizi və Orta Şərq qaz tədarükçülərini Avropa İttifaqı, Türkiyə və Gürcüstana birbaşa birləşdirəcək yeni, mümkün və möhkəm prioriteti olan proyekt hesab edərək və Avropa İttifaqı Şurasının 2009-cu il martın 19-20-də keçiriləcək “Nabucco” layihəsini enerji layihələri sırasına yüksəltməyə sövq edərək,

26 iyun 2006-cı ildə “Nabucco” qaz kəməri layihəsinə dair nazirlərin bəyanatının əhəmiyyətini bir daha vurğulayaraq,

İlkin icra fazasının daha da sürətlənməsinə boru kəmərinə lazım olan həcmdə qazın təmin edilməsində hüquqi bazanın (Hökumətlərarası Saziş və layihəni dəstəkləmə müqavilələri) tamamlamağa və 22-ci maddəyə uyğun olaraq layihəni Avropa İttifaqı Direktivindən azad etmək üçün layihəyə tərəfdaş ölkələr, Avropa Komissiyası, “Nabucco İnternational Ltd”, və digər tərəflərin göstərdiyi səylər sayəsində bu layihənin hazırlanmasında əldə olunan irəliləyişi etiraf edərək,

Xəzər dənizi və Yaxın Şərq regionunda yerləşən ölkələrdə təbii qaz istehsalını artırmağa yönəlmiş bütün səyləri, xüsusilə də Azərbaycan Respublikasının “Şahdəniz” və digər qaz yataqların işlənməsinə göstərdiyi səyləri, Xəzər dənizi vasitəsilə qazın “Nabucco” layihəsinin məqsədlərinə sadiq istehlakçı ölkələrə nəql olunmasında iştirak etmək istəyən digər maraqlı tərəflərin səylərini də təqdirəlayiq hesab edərək,

14 noyabr 2008-ci ildə keçirilən Bakı Enerji Sammitinin xüsusilə “Nabucco” layihəsi ilə bağlı nəticələri yüksək qiymətləndirərək,

Bizim “Nabucco” kəməri layihəsinə olan güclü sadiqliyimizi bir daha vurğulayaraq,

“Nabucco” kəməri layihəsinin uğurla və tez bir zamanda həyata keçirilməsini təmin etmək məqsədilə zəruri siyasi, hüquqi, iqtisadi və maliyyə şəraitinin yaradılması üçün istehsalçı, tranzit və istehlakçı ölkələr, beynəlxalq institutlar və enerji şirkətləri arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə qərar verərək,

• Nabucco boru kəmərinin bütün uzunluğu boyu aydın, şəffaf və məsarif ötürmə rejiminin hazırlanmasını dəstəkləməyə;

• Tədarükçü və tranzit ölkələrinə xarici birbaşa investisiyanı, o cümlədən enerji şirkətlərinin aktiv iştirakını tələb edən təcrübə və texnologiyanın yüksək səviyyədə həvəsləndirilməsinə;

• İstehsalçı ölkələrin, tranzit ölkələrinin və Avropa bazarlarının daxili ehtiyaclarının qarşılanmasının etibarlı yolları da daxil olmaqla effektiv enerji əməkdaşlığının yaradılması məqsədi ilə Avropa İttifaqı, ona üzv dövlətlər, Türkiyə, Gürcüstan, Xəzər dənizi regionu ölkələri və Yaxın Şərq arasında əməkdaşlığı təşviq etməyə;

• yuxarıda sadalanan məqsədləri təmin edəcək bütün təşəbbüsləri və təklifləri, o cümlədən

Xəzər dənizində güclü əlaqəni qurmaq üçün siyasi, hüquqi və kommersiya resurslarını birləşdirəcək birgə sektor təşəbbüsü olan Xəzər İnkişaf Korporasiyasının yaradılmasına dair Avropa Komissiyasının və Türkiyənin təkliflərini;

- Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 63-cü Sessiyanın Qətnaməsi əsasında Enerjinin Etibarlı və Sabit Tranziti və Davamlı İnkişafın və Beynəlxalq Əməkdaşlığın təmin olunmasında onun Roluna dair yüksək səviyyəli konfrans keçirmək niyyətini;

- 2009-cu il aprelin 24-25-də keçiriləcək “Avropa üçün Təbii Qaz: Təhlükəsizlik və Tərəfdaşlıq” adlı Sofiya Enerjisi Sammitini;

- 2009-cu il mayın 7-də Avropa İttifaqının Çexiya Sədirliyi Şurasının təşkilatçılığı ilə keçiriləcək "Cənub Dəhlizi Sammiti"ni;

- Türkiyədə 2009-cu ilin birinci yarısında keçiriləcək “Nabucco” Hökumətlərarası Konfransında müqavilənin imzalanmasını fəal dəstəkləməyə hazır olduğumuzu ifadə edirik.
Budapeşt. Fuad Qulubəyli - APA
Oxunub: 527 dəfə | Tarix: 28 Yanvar 2009 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az