Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
AZƏRBAYCAN ELEKTRİK STANSİYASI ALA BİLƏR
AZƏRBAYCAN GÜRCÜSTANDA ELEKTRİK STANSİYASI ALA BİLƏR
Azərbaycan Gürcüstanda elektrik stansiyalarının özəlləşdirilməsi prosesində investor qismində iştirak edə bilər.
Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. «Gürcüstanda stansiya almaq üçün xeyli vəsait lazımdır. Təkliflər olacağı təqdirdə, bu məsələni hökumətdə müzakirə edərək prosesdə iştirakla bağlı qərar verəcəyik», - deyə M.Əsgərov qeyd edib. M.Əsgərovun sözlərinə görə, bir müddət əvvəl Gürcüstan tərəfi bu ölkədə yerləşən su elektrik stansiyalarının, xüsusilə də İnquri Su Elektrik Stansiyasını özəlləşdirməyə çıxarılacağı və bu prosesdə iştirakla bağlı Azərbaycana təklif göndərib. Öz növbəsində Azərbaycan Gürcüstanda elektrik stansiyalarının özəlləşdirilməsi prosesində iştiraka razılıq verib. Qeyd edək ki, Gürcüstan hökuməti bir neçə stansiyanı, o cümlədən İnquri SES-i özəlləşdirməyə açıq elan edib.