Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
AZƏRBAYCAN GÜRCÜSTANA YARDIM EDƏCƏK
AZƏRBAYCAN GÜRCÜSTANA HƏRBİ ƏMƏLİYYATLAR APARILMIŞ ƏRAZİLƏRİNİ MİNALARDAN TƏMİZLƏNMƏKDƏ YARDIM EDƏCƏK
Azərbaycan avqust ayında Gürcüstanın hərbi əməliyyatlar aparılmış ərazilərində mina və partlamamış sursatların zərərsizləşdirilməsində bu ölkəyə yardım göstərəcək.
Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov bildirib.
N. İsmayılovun sözlərinə görə, Gürcüstanın humanitar minatəmizləmə üzrə ixtisaslaşmış təşkilatı olmadığından bu sahədə yardımlar göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib: “Biz artıq hansı formada yardımlar göstərə biləcəyimiz barədə təkliflər hazırlayaraq Xarici İşlər Nazirliyinə və hökumətə təqdim etmişik. Təkliflərimiz iki ölkənin hökumətləri arasında müzakirə olunur və yaxın vaxtlarda müvafiq tapşırıqların veriləcəyi gözlənilir”.
N. İsmayılov bildirib ki, ANAMA-nın regional bazalarında Gürcüstan üçün minaaxtaran kadrlar hazırlana, sonra onlar müvafiq avadanlıqlarla təchiz edilərək təmizləmə əməliyyatlarına cəlb edilə bilərlər. Hökumətin istəyindən asılı olaraq, ANAMA istehkamçılarının Gürcüstanın hərbi əməliyyatlar aparılmış rayonlarında bilavasitə minatəmizləmə işləri həyata keçirəcəyi də istisna olunmur.