Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ VƏTƏNDAŞLARI HƏBS EDİLİB
AZƏRBAYCANDA DÖVLƏT ƏHƏMİYYƏTLİ OBYEKTİN ŞƏKLİNİ ÇƏKƏN ABŞ VƏTƏNDAŞLARI HƏBS EDİLİB
Azərbaycanda dövlət əhəmiyyətli obyektin şəklini çəkən ABŞ vətəndaşları həbs ediliblər.
Hüquq-mühafizə orqanlarındakı mənbədən APA-ya verilən məlumata görə, ABŞ vətəndaşları - 1981-ci il təvəllüdlü Korey Stivens, 1982-ci il təvəllüdlü Brande Rene Houser, 1985-ci il təvəllüdlü Amanda Kay Brune və 1980-cı il təvəllüdlü Polen Kris Paul Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Onlar fotoaparatla “Azərikimya” Dövlət Şirkətinə məxsus Sumqayıt “Sintez-Kauçuk” Zavodunun şəklini çəkərkən həbs ediliblər.
ABŞ vətəndaşları ilkin dindirmədən sonra Milli Təhlükəsizlik Nazirliyinə təhvil veriliblər.
Sumqayıt Şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən APA-ya bildirilib ki, dörd ABŞ vətəndaşı bir neçə gün əvvəl “Sintez-Kauçuk” zavodunun şəkillərini çəkdiyi üçün saxlanılaraq, MTN-ə təhvil veriliblər.