|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
ODESSA-BRODİ
|
VİKTOR YUŞŞENKO: “DEKABRDA ODESSA-BRODİ LAYİHƏSİNİN TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRILMASI HAZIR OLACAQ” “Vaxtilə bizim irəli sürdüyümüz Xəzər, Qara və Baltik dənizlərində vahid enerji məkanının yaradılması təşəbbüsü bu gün əsas müzakirə mövzusuna çevrilib”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən enerji sammitində çıxış edən Ukrayna prezidenti Viktor Yuşşenko deyib. O, 4-cü enerji sammitinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib: “Bu, qarşıya qoyulan məqsədə çatmaq üçün çalışdığımızı göstərir. Macarıstan, Türkiyə və Avropa Birliyinin bu sammitdə iştirakı çox mühümdür. Mən bu çərçivədəki dialoqu yüksək qiymətləndirirəm”.
V. Yuşşenkonun fikrincə, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün təkcə iqtisadi sahədə addımların atılması kifayət deyil: “Dövlət və hökumət başçıları siyasi iradə nümayiş etdirməlidirlər. Təkcə iqtisadi addımlarla bu layihələr baş tutmaya bilər. Nəzərdə tutulan layihələr üçün işçi qrupları gücləndirilməli, yeni təsisatlar yaradılmalı, işlər daha sürətli aparılmalıdır. Hesab edirik ki, 2008-ci ilin dekabrında Odessa-Brodi layihəsinin texniki-iqtisadi əsaslandırılması layihəsi təqdimata hazır olacaq”.
Ukrayna prezidenti Bakı sammitinin təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.Bakı. Elbrus Seyfullayev – APA
|
Oxunub: 449 dəfə | Tarix: 15 Noyabr 2008 | Kateqoriya: Xəbərlər
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|