Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
AZƏRBAYCAN QAZININ GÜRCÜSTANA İXRAC OLUNMASI
AZƏRBAYCAN QAZININ GÜRCÜSTANA İXRAC OLUNMASINA DAİR 5 İLLİK MÜQAVILƏ IMZALANIB
Azərbaycan qazının Gürcüstana ixrac olunmasına dair 5 illik müqavilə imzalanıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlə bağlı bildirib ki, bu müqavilə ölkənin qazla 80% təmin olunmasını təmin edəcək. Bununla belə, o, vətəndaşlar üçün qazın qiymətində dəyişiklik olmayacağını deyib.
Təbii qazın Gürcüstana ixracatını ARDNŞ həyata keçirəcək. Hazırda ARDNŞ bu ölkəyə sutka ərzində 1,5 milyon kub/metr qaz göndərir. Daha 1 milyon “kub/metrədək qazı isə Gürcüstan Azərbaycanın “Şahdəniz” yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə alır.
Qeyd edək ki, 2008-ci ildə qaz təchizatına dair Azərbaycanla Gürcüstan arasında müqavilə bu ilin aprelində imzalanıb. Sənədə əsasən, ARDNŞ Gürcüstana 600 milyon kub-metr qaz göndərməlidir.