Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
POL QOBL: “RUSİYA AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN RAZILIĞA GƏLMƏSİNİ İSTƏMİR”
POL QOBL: “RUSİYA AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN RAZILIĞA GƏLMƏSİNİ İSTƏMİR”
“Rusiya Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılığa gəlməsini istəmir”.
APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bu sözləri “Amerikanın səsi” radiosuna açıqlamasında Azərbaycan Diplomatik Akademiyasının tədqiqat mərkəzinin rəhbəri, tanınmış amerikalı politoloq Pol Qobl deyib. O bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə müqayisədə Rusiyanın üstünlüyünü nümayiş etdirmək məqsədilə Azərbaycan və Ermənistan prezidentlərini Moskvaya dəvət edib. Politoloq hesab edir ki, Moskva danışıqlar prosesində Bakını dəstəkləsə, irəliləyiş mümkündür.