Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
YAXIN PERSPEKTİVDƏ AZƏRBAYCANDA AVRONUN UCUZLAŞMASI DAVAM EDƏCƏK
YAXIN PERSPEKTİVDƏ AZƏRBAYCANDA AVRONUN UCUZLAŞMASI DAVAM EDƏCƏK

YAXIN PERSPEKTİVDƏ AZƏRBAYCANDA AVRONUN UCUZLAŞMASI DAVAM EDƏCƏKCari ilin oktyabrın 20-dən 24-dək ABŞ dolları üzrə Azərbaycanın birja valyuta bazarının rəsmi dövriyyəsi 73,729 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 12% çoxdur. Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8081 manatdan 0,8106 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,31% yüksəlib. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,22%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,27%, nağd satış məzənnəsi isə 0,15% yüksəlib.
Göründüyü kimi, ötən həftə məzənnələrin dinamikası qeyri-sabitliklə yadda qalıb. Bununla belə, nağd bazarda məzənnələr sinxronluq nümayiş etdirsə də, bunu rəsmi və birja məzənnəsi haqqında demək olmaz.
Ötən həftə valyuta bazarının ən vacib xüsusiyyəti avro/manat birja sektorunun kəskin fəallaşması olub. Bu, son aylar ərzində ilk dəfə baş verib. Bununla belə, avro üzrə əqdlər praktiki olaraq daimi əsasda bağlanıb.
Beləliklə, ötən həftə avro üzrə məcmu birja dövriyyəsi 7 252 min avro təşkil edib. Avro üzrə birja bazarında fəallıq avronun məzənnəsinin tək Azərbaycan bazarında deyil, ümumilikdə dünya bazarında kəskin azalması ilə bir vaxta düşüb. Belə ki, ötən həftə avronun manata qarşı rəsmi məzənnəsi 5 illik minimuma enib ki, bu da ilk növbədə dünya bazarında baş verən hadisələrin nəticəsidir.
Ümumilikdə, həftə ərzində avronun birja məzənnəsi (BBVB-nin orta göstəricisi) 1,0922 manatdan 1,0383 manatadək dəyişib, yəni bu müddət ərzində avronun məzənnəsi 4,93% düşüb. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 4,83%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 5,27%, nağd satış məzənnəsi isə 3,84% azalıb.
Göründüyü kimi, ötən həftə avro üzrə məzənnələrin dinamikası son dərəcədə qeyri-sabit olub, məzənnələrin çarpazlaşması müşahidə olunub, halbuki nəzəri baxımından bu, baş verməməlidir. Avronun məzənnəsinin enməsinin kəmiyyət göstəricisinə gəldikdə, həftəlik azalmanı dollar üzrə analoji illik göstərici ilə müqayisə etmək olar. Bununla belə, avronun məzənnəsinin ən gözə çarpan dəyişməsi bilavasitə oktyabrın 21-22-də baş verib: oktyabrın 21-də rəsmi məzənnə kəskin azalıb və bundan dərhal sonra (oktyabrın 22-də) birja və nağd məzənnələr azalıb. Yuxarıda qeyd olunduğu kimi, rəsmi məzənnənin azalması dünya bazarlarında analoji hadisələrin nəticəsi olaraq baş verib. Xatırladaq ki, avro dollara qarşı bir gün ərzində təxminən 3% ucuzlaşıb. Bu da öz növbəsində dünya maliyyə bazarlarında qeyri-sabitlik, fond bazarında kəskin enib-qalxma nəticəsində baş verib.
Lakin dünyada dolların bahalaşmasının ən əsas səbəbi fond bazarında investorların «nağda çıxış» adlanan addımları olub. Belə ki, səhm sahibləri ümumdünya iqtisadi geriləmə təhlükəsi ilə bağlı kapitalı riskli aktivlərdən, ilk növbədə səhmlərdən çıxarmağa və pul vəsaitlərini toplamağa başlayıblar. Bunun nəticəsində pula və məhz bütün dünyada ənənəvi olaraq yığım valyuta hesab edilən dollara tələbat kəskin artıb.
Avronun məzənnəsinin kəskin azalması ilə avro üzrə birja ticarətinin fəallaşması arasında isə birbaşa əlaqə var. Çünki valyuta bazarlarında qeyri-sabitlik şəraitində bazar iştirakçıları məzənnənin rəsmi məzənnəyə bağlılığı olan mütəşəkkil birja bazarına üstünlük verir. Açıq banklararası bazarında isə bundan fərqli olaraq məzənnə subyektiv amillər əsasında formalaşır.
Birja bazarında avro üzrə əqdlərin bağlanması prosesinin birdəfəlik, demək olar ki, təsadüfi xarakter daşıdığını nəzərə alsaq, ötən həftə baş verənləri valyuta bazarının ümumi inkişafı baxımından çox əhəmiyyətli bir hadisə kimi qiymətləndirmək olar. Hazırda dünya bazarlarında qeyri-sabitlik, hətta qeyri-müəyyənlik hökm sürməkdədir. Bu səbəbdən də qısamüddətli perspektivdə avro/manat birja alətinin bazarda möhkəmlənəcəyini gözləmək olar.


Bakı. Vahab Rzayev – APA-ECONOMICS
Oxunub: 425 dəfə | Tarix: 28 Oktyabr 2008 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az