Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ATƏT-IN MINSK QRUPUNUN HƏMSƏDRLƏRI MƏMMƏDYAROV-NALBANDYAN GÖRÜŞÜNÜ TƏŞKIL ETMƏK ÜÇÜN NYU-YORKA GEDIBLƏR
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ MƏMMƏDYAROV-NALBANDYAN GÖRÜŞÜNÜ TƏŞKİL ETMƏK ÜÇÜN NYU-YORKA GEDİBLƏR
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Nyu-Yorkdadır.
APA-nın məlumatına görə, vasitəçilər Nyu-Yorka BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş təşkil etmək məqsədi ilə gediblər. Vasitəçilər hal-hazırda nazirlərin iş qrafikini öyrənirlər. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı aparılan danışıqların Nyu-York raunduna Türkiyə XİN başçısı Əli Babacanın da qatılacağı gözlənilir.