Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ƏLI BABACAN: “TÜRKIYƏ-ERMƏNISTAN ƏLAQƏLƏRI AZƏRBAYCANDAN AYRI DÜŞÜNÜLƏ BILMƏZ”
ƏLİ BABACAN: “TÜRKİYƏ-ERMƏNİSTAN ƏLAQƏLƏRİ AZƏRBAYCANDAN AYRI DÜŞÜNÜLƏ BİLMƏZ”

ƏLI BABACAN: “TÜRKIYƏ-ERMƏNISTAN ƏLAQƏLƏRI AZƏRBAYCANDAN AYRI DÜŞÜNÜLƏ BILMƏZ”BMT Baş Assambleyasının 63-cü sessiyasına qatılmaq məqsədilə ABŞ-a gedən Türkiyənin xarici işlər naziri Əli Babacan Nyu-Yorkdakı Xarici Əlaqələr Şurasında (Council of Foreign Relations - CFR) çıxış edib.
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Babacan çıxışında Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlər, İraq, Kipr problemləri, Avropa Birliyinə üzvlük, Türkiyədə son illər artan antiamerika əhval-ruhiyyəsi və digər mövzulara toxunub. Ə. Babacan bildirib ki, Türkiyənin Ermənistanla əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz. O, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olduğunu deyib. Nazir hər iki ölkənin xarici işlər nazirlərinə üçtərəfli görüş keçirməyi təklif etdiyini və yaxın günlərdə bu görüşün baş tutacağını söyləyib.
“Kiprdəki türk əsgərlərini nə zaman geri çəkəcəksiniz?” sualını cavablandıran Ə. Babacanın sözlərinə görə, türk əsgərləri nə qədər lazımdırsa, o qədər adada qalacaq: “Kipr yunanları Annan planını qəbul etsəydi, türk əsgərlərinin sayı azaldılacaqdı. Unutmamalıyıq ki, adada Yunanıstan əsgərləri də var. Annan planı hər iki tərəfdə hərbi kontingentin ixtisarını nəzərdə tuturdu. Ancaq yunanlar “yox” dedilər”.
Ə. Babacan Türkiyədə ABŞ-a duyulan inamsızlığın İraqdakı hadisələrlə bağlı olduğunu vurğulayıb: “PKK-çılardan Amerika silahlarının tapılması, İraqa göndərilən silahların terrorçuların əlinə keçməsi Türkiyədə ciddi narazılığa səbəb olub. Lakin bu, uzun sürə bilməz. Vaxtilə İtaliya da terrorçulara simpatiya ilə yanaşmışdı. O zaman Türkiyədə hətta İtaliyaya qarşı boykot da gündəmə gəlmişdi. Amma sonra vəziyyət dəyişdi və Türkiyədə İtaliyaya münasibət normallaşdı. PKK-ya qarşı mübarizə məqsədilə ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçirilməyə başlandıqdan qısa müddət sonra ictimaiyyətdə Amerikaya dəstəyin faizi 12-13-ə yüksəldi”.


Nyu-York – APA
Oxunub: 520 dəfə | Tarix: 24 Sentyabr 2008 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az