|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
“DƏNİZ FƏNƏRİ” DƏRNƏYİ
|
ALMANİYA MƏHKƏMƏSİ TÜRKİYƏDƏ SİYASİ QALMAQALA SƏBƏB OLAN “DƏNİZ FƏNƏRİ” DƏRNƏYİ İLƏ BAĞLI QƏRARINI AÇIQLAYIB Almaniyada bir müddətdir davam edən və Türkiyədə siyasi qalmaqala səbəb olan “Dəniz Fənəri” dərnəyi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Frankfurt məhkəməsinin hakimi Yohann Müller bu gün qərarı açıqlayıb. Dərnəyin rəhbəri Mehmet Taşkan 2 il 9 ay, ondan əvvəl dərnəyin rəhbəri olmuş Mehmet Gürhan 5 il 10 ay, dərnəyin mühasibi Firdsovsi Ərmiş isə 1 il 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. F. Ərmiş 1,5 ildir həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin məhkəmə qərarına münasibət bildirərək nə özünün, nə də rəhbərlik etdiyi nazirliyin bu cinayət işində tərəf olmadığını xatırladıb: “Ancaq Türkiyə vətəndaşlarının cinayət törətməsi və məhkum olunması sevinc duyulacaq bir hadisə deyil. Xüsusən də bu hadisə ölkə xaricində baş veribsə, daha kədərlidir”. Nazir cinayət işi ilə bağlı Ankara Baş Prokurorluğunda təhqiqat aparıldığını da söyləyib. Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən “Dəniz Fənəri” dərnəyi yoxsul və dünyanın müxtəlif yerlərində münaqişələrdən əziyyət çəkən müsəlmanlara yardım adı altında topladığı 41 milyon 423 min avronun 16 milyon 882 min avrosunu başqa məqsədlərə sərf edib. Bu məbləğin böyük hissəsi Türkiyənin islamçılara yaxın olan “Kanal 7” telekanalına, digər hissəsi müxtəlif şirkətlərə verilib və mənimsənilib.Frankfurt – APA
|
Oxunub: 460 dəfə | Tarix: 18 Sentyabr 2008 | Kateqoriya: Xəbərlər
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|