Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
HƏRBİ HAVA QÜVVƏLƏRİ MƏRKƏZİ
TÜRKİYƏ AZƏRBAYCAN HƏRBİ HAVA QÜVVƏLƏRİ MƏRKƏZİ KOMANDA MƏNTƏQƏSİNİN MODERNLƏŞDİRİLMƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏYİR
Türkiyə Azərbaycan Hərbi Hava Qüvvələri Mərkəzi Komanda Məntəqəsinin NATO standartlarına uyğun modernləşdirilməsində iştirak etmək niyyətindədir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 22-dən 26-dək Bakda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə bu mövzuda danışıqlar aparılacaq. Türkiyənin layihədə iştirakına dair yekun qərar isə ekspertlərin müzakirələrindən sonra yüksək rütbəli rəsmilər tərəfindən qəbul ediləcək.
Qeyd edək ki, Türkiyə Azərbaycan Müdafiə Nazirliyinin tank təmiri zavodunun modernləşdirilməsində də iştirak edir. Bu zavodda Azərbaycanın T-72 tanklarının modernizasiyası həyata keçiriləcək. Türkiyənin yardımı və bilavasitə iştirakı ilə bu tankların atəş-nəzarət və digər sistemləri yeniləşdiriləcək. Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komanda-İdarəetmə Mərkəzi ABŞ-ın yardımı ilə modernləşdirilib.