|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
AVROPA İTTİFAQININ KOMİSSARI
|
AVROPA İTTİFAQININ KOMİSSARI: “MƏN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TAM DƏSTƏKLƏYİRƏM” “Mən Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ üzərindəki münaqişənin danışıqlar və sülh yolu ilə həll edilməsini tam dəstəkləyirəm”.
Bu sözləri Brüsseldə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Benita Ferrero-Valdner deyib.
“Regionda baş vermiş son silahlı münaqişə bir daha göstərdi ki, silahlı qüvvələrdən istifadə etməklə məsələni həll etmək olmaz” söyləyən komissar siyasi dialoq, etimadın qurulması tədbirlərinin görülməsi və danışıqların aparılmasının bu kimi uzunmüddətli münaqişələrin həllində yeganə real vasitələr olduğunu vurğulayıb: “Hamımızın marağında olan siyasi və iqtisadi sabitliyə nail olmaq məqsədilə Azərbaycan və Qafqaz regionundakı ölkələrlə qurduğumuz sıx əlaqələrimizi ciddi qəbul edirəm”.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Cənubi Qafqazdakı vəziyyət, enerji sahəsində ikitərəfli əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin, o cümlədən Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının icrası çərçivəsində gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Komissar Ferrero-Valdner və E. Məmmədyarov Cənubi Qafqaz regionunda avqust ayında baş vermiş hadisələrin göstərdiyi təsirə, Dağlıq Qarabağ üzərindəki münaqişənin sülh yolu ilə həlli perspektivlərinə xüsusi diqqət ayırıblar.Bakı. Tamara Qriqoryeva – APA
|
Oxunub: 407 dəfə | Tarix: 18 Sentyabr 2008 | Kateqoriya: Xəbərlər
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|