Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
GÜRCÜSTAN RUSİYADAKI DİPLOMATLARINI GERİ ÇAĞIRIB
GÜRCÜSTAN RUSİYADAKI DİPLOMATLARINI GERİ ÇAĞIRIB
Rəsmi Tiflis iki diplomatdan başqa Gürcüstanın Rusiyadakı səfirliyində çalışan bütün əməkdaşları geri çağıracaq. APA-nın məlumatına görə, xarici işlər naziri Eka Tkeşelaşvili Rusiya ilə diplomatik münasibətlərin minimuma endiriləcəyini bildirib: “Bizim bundan sonra Rusiyada səfirimiz fəaliyyət göstərməyəcək”.
Xatırladaq ki, Gürcüstan Moskvadakı səfirini hələ ötən ay geri çağırıb. Bu addım Rusiya təyyarələrinin Gürcüstanın hava sərhədlərini pozmasına cavab olaraq atılıb. Kreml isə Gürcüstandakı səfirini ötən ilin sentyabrında bu ölkədə dörd rus hərbçisinin cəsusluq fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə həbsindən sonra geri çağırıb. Səfir Vyaçeslav Kovalenko yalnız bu ilin yanvarında Tiflisə qayıtmışdı.