Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
NATO RUSİYADAN SEPARATÇI BÖLGƏLƏRİ TANIMAQ BARƏDƏ QƏRARINI DƏYİŞMƏYİ TƏLƏB EDİB
NATO RUSİYADAN SEPARATÇI BÖLGƏLƏRİ TANIMAQ BARƏDƏ QƏRARINI DƏYİŞMƏYİ TƏLƏB EDİB
Şimali Atlantika alyansı Rusiyadan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə qərarını dəyişməyi tələb edib.
APA-nın məlumatına görə, hərbi blokun bu gün açıqlanan bəyanatında bildirilir ki, NATO üzvləri Rusiyanın bu addımını pisləyir və Kremli Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırlar: “Rusiyanın hərəkətləri bu ölkənin Qafqazda sülh və stabillik niyyətlərini şübhə altına qoyur. Gürcüstanda sülh və stabillik olması Şimali Atlantika alyansı üçün çox vacibdir”.