|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
ÇEYNİNİN SƏFƏRİ
|
ANN DERSİ: “ÇEYNİNİN SƏFƏRİ ABŞ-IN AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞIN DAHA DA DƏRİNLƏŞMƏSİNƏ OLAN SƏDAQƏTİNİN TƏCƏSSÜMÜDÜR” “Vitse-prezident Çeyninin səfəri Amerika Birləşmiş Ştatlarının Azərbaycanla strateji əməkdaşlığın daha da dərinləşməsinə olan sədaqətinin daha bir təcəssümüdür”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri, xanım Ann Dersi ABŞ-ın vitse-prezidenti Dik Çeyninin sentyabrın əvvəllərində regiona, o cümlədən Azərbaycana nəzərdə tutulan səfərini şərh edərkən deyib.
Səfir Azərbaycan və ABŞ-ın regional və qlobal təhlükəsizliyin təmin olunmasında tərəfdaş olduğunu bildirib: “İraq və Əfqanıstanda yaranmaqda olan demokratiyaya dəstək və Azərbaycanın sərhədlərinin güclənməsi işində birgə işləyirik. Bizim tərəfdaşlığımıza, həmçinin, Azərbaycanı və regionu Qərblə bağlayan strateji enerji layihələri də daxildir. Biz Azərbaycan xalqı və enerji istehlakçılarının maraqları naminə enerji ehtiyatlarını hara və necə çıxarmasını təmin etmək üçün rəsmi Bakı ilə işləmək istəyirik. ABŞ Azərbaycanla həmrəydir, demokratiya və bazar islahatları bu ölkənin uzunmüddətli uğuru üçün açardır”.
Azərbaycanın on ildən artıqdır, ABŞ-ın strateji partnyoru olduğunu qeyd edən səfir D. Çeyninin nəzərdə tutulan səfərini rəsmi Vaşinqtonun əlaqələrə verdiyi əhəmiyyətin göstəricisi adlandırıb: “Bu əlaqələrə iqtisadi və enerji sahələri, təhlükəsizlik sahəsində əməkdaşlıq, regionda siyasi və iqtisadi islahatlar daxildir”.
Səfir regiona səfəri çərçivəsində Çeyninin Tbilisidə də olacağını, ABŞ-ın Gürcüstan xalqı ilə həmrəyliyini nümayiş etdirəcəyini vurğulayıb. A. Dersi ölkəsinin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də qeyd edib.Bakı. Şaiq Məmmədov - APA
|
Oxunub: 454 dəfə | Tarix: 27 Avqust 2008 | Kateqoriya: Xəbərlər
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|