ABŞ-IN VİTSE-PREZİDENTİ RİÇARD ÇEYNİ SENTYABRIN ƏVVƏLİNDƏ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK ABŞ-ın vitse-prezidenti Riçard Çeyni sentyabrın əvvəlində Azərbaycanda səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, səfər Riçard Çeyninin sentyabrın 2-də başlayan turnesi çərçivəsində baş tutacaq.
Vitse-prezidentin turnesinə Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfərlər daxildir. Analitiklər bu səfəri Riçard Çeyninin Rusiya ilə münaqişədə Tiflisə dəstək nümayiş etdirmək kimi qiymətləndirirlər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan açıqlamada isə bildirilir ki, vitse-prezident turne zamanı Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşenko, İtaliya prezidenti Napoliatano və baş nazir Silvio Berluskoni, eləcə də əlaqədar hökumətlərin yüksək rütbəli nümayəndələri ilə görüşəcək. Çeyni xarici liderlərlə bu görüşlərdən əlavə, İtaliyada, Leyk Komoda “Dünya, Avropa və İtaliyada məlumat” adlı Ambrosettinin forumunda iştirak və çıxış edəcək.Vaşinqton-APA
|